Dil seçimi
az en
işığı
yandır söndür

IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

Имя

3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

Konfransda Kənd Təsərrüfatı Nazirliyinin Aparatının Heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev və həmin şöbənin sektor müdiri Tərlan Əskərov, FAO-nun Bakı bürosunun rəhbəri Mələk Çakmak və FAO-nun nümayəndə heyəti ,BMTİP-in nümayəndə heyəti, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə rəhbəri Asif Nəsibov və əməkdaşları , AAA-nın rəhbəri Bədrəddin Həsrətov və təşkilat üzvləri, Arıçılıq avadanlıqlarının istehsalı, Arlçılıq məhsullarının və balın qablaşdırılması ilə məşğul olan və həmçinin konfransda məhsullarını sərgiləyən istehsalçı firmaların rəhbərləri Əfqan Abasov (Şahdağ-E Arıçılıq), Lətif Qinyətoğlu(Qinyətoğullari),Rüfət Nərimanzadə(Balım), Rəşad Rəşidov(Ballı), Emin Bayramov(Pətək), Eldar Ələkbərli(Şahbal), Cəmil Məmmədov (Safbal), Elvin Məhərrəmov (i am honey), KİV nümayəndələri, həmçinin 240-a yaxın yerli arıçı iştirak etmişdir.
Konfransda Türkiyədən Uludağ Universiteti Baytarlıq Fakultəsi Parazitoloji Anabilim Dalı, 45-ci Apimondiya Kongresi Elmi katibiProf.Dr. Levent Aydın, Hacettepe Üniversiteti Fən Fakültəsi Biyologiya Bölümü Prof.Dr. Kadriye Sorkun,Kənd Təsərrüfatı Yüksək Mühəndisi Dr. Ali Korkmaz, Hacettepe Üniversiteti Fən Fakültəsi Biyologiya Bölümü Dr. Çiğdem Özenirler, ”ARMASAD” sədri Kürşat Zeynel Utlu və ”ARMASAD” -in təşkilat heyəti, Yunanıstanın "Anel" firmasının nümayəndəsi,Ukraynadan Dr. Gaydar Vasili Antonov, Apiterapiya Mütəxəssisi Dmitri Maryanoviç Senişin, Arıçılıq Jurnalı Redaktoru Nikolay Gevelyuk ,"AVV-100" Firmasının Direktoru Vladimr Rudenko, Gürcüstandan Gürcüstan Peşəkar Arıçılar Birliyi Sədri Timuri Gogoberidze, Apiterapiya mütəxəssisi Roland Zirakaşvili digər xarici qonaqlar iştirak etmişdir.
. Konfrans ərəfəsi arıçılıq sahəsində qlobal ve yerli tendensialar, mövcud problemlər və onların həlli yollarının müzakirəsi, həmçinin bir sıra digər maraqlı seminar və master klasslar təşkil edimişdir. Bakı, Quba, İsmayıllı və Gəncə şəhərlərində baş tutmuş silsilə tədbirlər dünya arıçılarını düşündürən bir sıra mühüm mövzulara, o cümlədən, arı məhsullarının əldə edilməsi, saxlanması, ekspertizası və istifadəsi, balverən bitkilər və bal verən meşələrin salınma layihələri, bal arılarının virus xəstəlikləri, apiterapiya məhsulları ilə müalicəsi, ekoloji proseslərin arıçılığa təsiri, arıçılıq təsərrüfatında innovasiya və müasir texnologiyalardan istifadə yolları və bu kimi digər məsələlərə aydınlıq gətirilib. Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan və Rusiya arıçıları bu sahədə ən son elmi tədqiqatların nəticələri və beynəlxalq təcrübədən danışılmışdır.

Имя                                    Имя

 

 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.