Azərbaycan Balı Yaponiyada
Xəbərlər / 18-10-2017
Artıq 3 ildir ki, Azərbaycan balı Yaponiyaya ixrac olunur. 16 oktyabr 2017-ci il tarixində Yaponiyanın NEO, BBA və Azərbaycanın Şahdağ-E Arıçılıq şirkətininin rəhbərliyi arasında işgüzar görüş keçirilib. Görüşdə əsasən bal və digər arıçılıq məhsullarının Yaponiyaya ixrac edilməsi məsələləri müzakirə olunub.
2018-ci il üçün Yaponiyaya 8 ton balın ixrac edilməsi ilə bağlı müqavilə imzalanıb. Bundan başqa həmin dövrdə Yaponiyanın elit restoranlarının müştəriləri üçün premimum balin və dondurma istehsalına uğun balın satışı müzakirə olunub.
Azərbaycan balının Yaponiya bazarında yüksək qiymətləndirilməsi ,Yaponiya şirkətlərinin gələcəkdə də bu işləri davam etdirmək arzusu Azərbaycan balının yüksək keyfiyyətinə dəlalət edir.
Azərbaycanın yüksək keyfiyyətli, həmçinin Yaponiyaya ixrac olunanan balları əldə etmək istəyən müştəriərimizi İstiqlaliyyət küçəsi 67c ünvanında yerləşən "Şah-Bal" satış mağazamıza dəvət edirik