Dil seçimi
en az
işığı
yandır söndür

“Azərbaycanın bal verən bitkiləri” kitabının yeni nəşri

�м�

Azərbaycanda nəşr olunan arıçılıq haqqında kitablara yenisi əlavə olundu. “Azərbaycanın bal verən bitkiləri” kitabı mərhum akademik Ələkbər Quliyevin 1957-ci ildə nəşr etdiyi kitabın təkrar nəşridir. Arıçılığın digər sahələrində araşdırmalar aparılıb, kitablar nəşr olunsa da “Azərbaycanın bal verən bitkiləri” mövzusunda yeganə sanballı, əhatəli elmi araşdırmalar ötən əsrin ortalarında akademik Ələkbər Quliyev tərəfindən aparılmışdır.

Arıçılığın gəlirli bir sahəyə çevrilməsi üçün Azərbaycanda mövcud olan yabanı və əkilə biləcək mədəni balverən bitkilərin öyrənilməsi əsas şərtlərdən biridir. Ona görə də inanıram ki, görkəmli alimin gərgin əməyi sayəsində əmələ gələn, illər keçsə də aktuallığını itirməyən bu kitab arıçıların, bu sahədə təhsil alan universitet tələbələrinin, elmi tədqiqatçıların stolüstü kitabı olacaq.

Elxan Ələkbərov

Ð�мÑ�  kitab2sm.jpg

 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.