İstanbul Bal və Arı Məhsulları Sərgisi
News / 27-11-2013
22-24 Noyabrda Türkiyənin İstanbul şəhərində “İstanbul Bal və Arı Məhsulları Sərgisi” keçirildi. Türkiyə Arıçılar Birliyi (TAB) tərəfindən təşkil olunan sərgidə əsas məqsəd bal və arıçılıq avadanlıqlarını xalqa bir daha tanıtmaq idi. Bal və arı məhsulları istehsalçılarının bir araya gəldiyi sərgiyə Azərbaycandan arıçılıq sahəsində böyük rola malik olan Elxan Ələkbərov, Lətif Lətifov, Qəzənfər Yusifov və Qabil Hacıyev iştirak etmişdir.
Həmçinin, Azərbaycan stendində Qinyətoğlu balı və Azərbaycan istehsalı olan A-Bio Vitamin böyük maraq doğurmuşdur. Azərbaycandan dəvət alan arıçılar bundan sonra da Türk Arıçılar Birliyinin təşkil edəcəyi sərgilərdə iştirak etmək qərarına gəldilər.