Dil seçimi
az en
işığı
yandır söndür

XLIII Beynəlxalq Arıçılıq Konqresi

�м�

Dünyanın ən prestijli 10 konqresi arasında qəbul edilən, Dünya Arıçılar Birliyi Federasiyası tərəfindən iki ildə bir təşkil edilən, arıçılıq və turizm sektoru baxımından böyük əhəmiyyət daşıyan, sayca 43-cü olan Apimondia Konqresi bu il Ukraynanın paytaxtı Kiyevdə keçirilib. 120-dən çox ölkənin aparıcı mütəxəssislərinin qatıldığı Apimondia Konqresində Azərbaycanın nümayəndə heyəti də iştirak edib.

Bu ilki konqresdə keçirilən səsvermə ilə Bolqarıstan, İtalya və İsveçi qabaqlayan Türkiyə 237 nümayəndənin 135 - inin səsini alaraq 2017-ci ildə dünyanın ən nüfuzlu konqresinə ev sahibliyi etmə haqqını qazandı.

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.