Dil seçimi
az en
işığı
yandır söndür

Arı südü

Arı südü insan orqanizmi üçün vacib olan zəngin tərkibə malik əvəzedilməz bioloji aktiv qida məhsuludur.
 
Tərkibi: - su 65%, – zülal 14-18%, karbohidrat 9-18%.
Vitaminlər: A, D, C1, B1, B2, B3, B6, B12, E, PP.
Mikroelementlər: Fe, Co, Ka, Ca, Na, Mg, Zn, Cu, Ni, Au.
Fermentlər: amilaza, katalaza, invertaza, proteaza, xolinestraza.
 
İnsan orqanizminə təsiri:
 
Antivirus, antibakterial, biostimullaşdırıcı (uşaqların böyüməsini situmullaşdırır), yaddaşı artırır, qocalmanı ləngidir, qan təzyiqini normallaşdırır, ürəyin funksiyasını və qan dövranını yaxşılaşdırır, həzm orqanlarının işini yaxşılaşdırır, endokrin (o cümlədən, cinsiyyət) vəzilərinin funksiyasını stimullaşdırır. 
 
Əks göstərişlər:
  • kəskin infeksion xəstəliklər (tif, vəba və.s);
  • böyrəyin Addison xəstəliyi;
  • böyrəküstü vəzi xəstəlikləri;
  • fərdi dözülməzlik;
  • allergiya.
Axşam və gecə saatlarında arı südü qəbulu məsləhət görülmür.
 
  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.