Dil seçimi
az en
işığı
yandır söndür

Apiterapiya

Balla müalicə

Arı  balı təbiətin bəxş etdiyi ən gözəl nemətdir. O nəinki qiymətli ərzaq məhsuludur, həm də dəyərli müalicə vasitəsidir. Balın müalicə xassəsi onun tərkibindəki şəkərlər, vitaminlər, müxtəlif mikroelementler, mineral maddələr, üzvi turşular, fermentlər, hormonlar və bakteriya əleyhinə maddələrlə zənginliyə əsaslanır. Bal ilə müalicəyə başlamazdan əvvəl ona qarşı allergik reaksiyanın: dəridə səpkilərin, ləkələrin əmələ gəlməsi, qaşınma, bağırsaq pozğunluğu və s. olub-olmamasını müəyyən etmək lazımdır. 
 
 
İstifadə qaydası və dozası:

Name

Bir yaşına qədər olan körpələrə bal verməmək, böyük uşaqlara isə 0.5 çay qaşığından başlayıb vermək lazımdır. Sutkalıq doza 70-80 q-ı keçməməlidir. Şəkərli diabet olduqda həkimlə məsləhətləşmək lazımdır. Beləliklə, bal yüksək kalorili qida məhsulu olmaqla yanaşı müalicəvi, profilaktik əhəmiyyətli məhsuldur. İnsan orqanizminə bir çox təsirləri vardır. Məsələn, görməyi və yaddaşı artırır, qocalmanı ləngidir, qan təzyiqini normallaşdırır, ürəyin, böyrəyin, qara ciyərin fəaliyyətinə müsbət təsir göstərir, həzm orqanlarının işini yaxşılaşdırır, maddələr mübadiləsini tənzimləyir, dərini təravətləndirir və.s təsirləri mövcuddur.
Bal aşağıdakı xəstəliklər üçün istifadə oluna bilir:
 
Yara, dəri və göz xəstəlikləri: Yaraların üzərinə bağlanmış ballı sarğı qan dövranını yaxşılaşdırır, yaranı mexaniki təmizləyən limfanın yayılmasını gücləndirir və hüceyrələrin qidası üçün gözəl zəmin yaradır. 
 
Tənəffüs yollarının müalicəsində: Yuxarı tənəffüs yollarının və ağız boşluğu xəstəliklərində 5 – 6 dəfə gündə ağız boşluğunda saxlamaqla müalicə etmək olar. Vərəm xəstəliyində də balın südlə qarışığının istifadəsi effektli təsir göstərir.
 
Mədə-bağırsaq xəstəlikləri: Mədə, on iki bağırsaq yarası, qaraciyər xəstəliklərinin müalicəsində balın gözəl təsiri var. Yeməkdən əvvəl qəbul olunmuş bal məhlulu (1 yemək qaşığı bal 1 stəkan suya) turşuluğu çox olan mədə şirəsinin ifraz olunmasını gücləndirir. Əgər yeməkdən 1.5 – 2 saat qabaq isti bal məhlulu qəbul olunsa mədə şirəsənin turşuluğu aşağı düşür. 
 
Ürək damar sistemi xəstəlikləri: Alimlərin qeyd etdiyinə görə, tərkibindəki bol enerji materialı olan qlükozanın sayəsində balın ürək əzələlərinə gözəl təsiri var. Davamlı olaraq gündə 100 q balın qəbulu ürək fəaliyyətini stabilləşdirir və ümumi vəziyyəti də yaxşılaşdırır. Qan təzyiqinin normallaşması, ürək sahəsində yorğunluğun və ağrıların azalması, yuxunun normallaşması, ümumi əhval ruhiyyənin və həyat tonusunun yüksəlməsi balın sayəsində əldə olunur. Çoxlu dozada balın qəbulu ürək çatışmamazlığı olan xəstələrə öz təsərini göstərmişdir. Təbabətdə zəifləmiş xəstələrə sağalma dövründə başqa yüksək kalorili məhsullarla birgə balı da məsləhət görürlər.
 

Arı zəhəri ilə müalicə

Arı zəhəri  - müxtəlif xəstəliklərə qarşı istifadə olunan köhnə və etibarlı vasitədir.   Müasir tibb elmi bu şəfaverici məhsulu öyrənməkdə və istifadə etməkdə davam edir, lakin onun müalicə məqsədi ilə istifadəsi xüsusi diqqət və daim həkim nəzarəti tələb edir. Xüsusilə, uşaqlar, yaşlılar, hamilə qadınlar istifadə zamanı diqqətli olmalıdır.Bu onunla bağlıdır ki, apiterapiya bir sıra əks göstəricilərə malikdir və arı zəhərinin düzgün təyin olunmaması, istifadəsi ağır zəhərlənmələrə səbəb ola bilər. Müasir təbabətdə apiterapiyanın tətbiq edilmə metodikası yaxşı işlənib. Nəticədə, arı zəhərinin müalicəvi vasitə kimi tətbiq edilməsi üçün əsas göstəricilər aşağıda göstərilən xəstəliklər zamanı müəyyən edilib:
 
  1. Revmatizm xəstəlikləri; 
  2. qeyri-spesifik infeksion poliartritlər; 
  3. deformasiya edən spondiloartroz; 
  4. periferik sinir sistemi xəstəlikləri; 
  5. trofik xoralar və süst qranulyasiya yaraları; 
  6. cərrahiyyə damar xəstəlikləri ; 
  7. iltihablı infiltratlar; 
  8. bronxial astma; 
  9. miqren;
  10. birinci və ikinci mərhələli hipertoniya xəstəliyi; 
  11. iritlər  və iridosiklitlər.
Name  Name
 

Möcüzəli Qida -  Çiçək Tozu Və Güləm

 
Güləm arıların rasionunun zəruri hissəsidir. Onlar bu “yeməyi” müxtəlif bitkilərin güllərinin çiçək tozundan hazırlayırlar. Çiçək tozunu təmiz (1-2 x.q.) və ya arı balı ilə qarışdırılmış halda qan azlığından əziyyət çəkən uşaqlara verirlər. Çiçək tozu ilə müalicə əqli inkişafdan qalan, raxit və ya boy artımı ləngiyən uşaqlara məsləhət görülür. Onun tərkibində olan boy stimulyatoru möhkəmləndirici təsir göstərir, çəki itkisini və gücdən düşməni tez bərpa etməyə imkan verir, boy artımına köməklik göstərir.
 
İstifadə qaydası və dozası:
 
Çiçək tozu profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün gündə 8-10 qram məsləhət görülür. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşmək lazımdır. Normadan artıq qəbul edildiyi zaman vitamin artıqlığı yarana bilər. Çiçək tozunu həzm olub sorulana qədər ağızda saxlamaq məsləhətdir. Çiçək tozunun yedikdən sonra su içmək məsləhət deyil, ümumiyyətlə, 15-20 dəqiqə ərzində istənilən maye qəbulundan imtina etmək lazımdır.
 
- 3 yaşından 5 yaşına uşaqlara qədər gündə 12 qram (2 xörək qaşığı);
- 6 yaşından 12 yaşına qədər gündə 16 qram (3 xörək qaşığı);
- Böyüklər gündə 20 qram (4 xörək qaşığı);
- Bəzi xüsusi vəziyyətlərdə gündə 35 qramlıq doza ilə “yüksək” dərəcədə istifadə oluna bilər.
 
Çiçək tozunun və güləmin fizioloji dəyəri, unikallığı digər müalicə vasitələrinin aciz olduğu hallarda, o cümlədən, xərçəng xəstəliyinin müalicəsində belə onun tətbiqinin bəzən effektiv olması faktı ilə təsdiq olunur. Saçların yuyulmasında da çiçək tozundan istifadə etmək olar. Bir stəkan suda həll edilən 1 ç.q. çiçək tozu başda kəpəyin əmələ gəlməsinin qarşısını alır, saçları parlaq və ipək kimi edir.
 
 
Name  Name
 
Çiçək tozu:
  • stressə qarşı davamlılığı artırır;
  • immun sistemini stimullaşdırır;
  • radiasiyaya davamlılığı artırır;
  • qaraciyər toxumasının funksiyalarını bərpa edir;
  • qanın laxtalanmasını bir qədər azaldır;
  • qanda xolesterinin miqdarını azaldır;
  • qan-damar sisteminin işini yaxşılaşdırır;
  • həzm prosesini normallaşdırır;
  • orqanizmin müxtəlif xarici faktorlara müqavimətini artırır;
  • fiziki və əqli iş qabiliyyətini artırır;
  • dərinin vəziyyətini yaxşılaşdırır və cavanlaşdırır.
                                              

Arı südü

 
Arı südü insan orqanizmi üçün vacib olan zəngin tərkibə malik əvəzedilməz bioloji aktiv qida məhsuludur.
 
Tərkibi: - su 65%, – zülal 14-18%, karbohidrat 9-18%.
Vitaminlər: A, D, C1, B1, B2, B3, B6, B12, E, PP.
Mikroelementlər: Fe, Co, Ka, Ca, Na, Mg, Zn, Cu, Ni, Au.
Fermentlər: amilaza, katalaza, invertaza, proteaza, xolinestraza.
 
İnsan orqanizminə təsiri:
 
Antivirus, antibakterial, biostimullaşdırıcı (uşaqların böyüməsini situmullaşdırır) təsir göstərir, yaddaşı artırır, qocalmanı ləngidir, qan təzyiqini normallaşdırır, ürəyin funksiyasını və qan dövranını yaxşılaşdırır, həzm orqanlarının işini yaxşılaşdırır, endokrin (o cümlədən, cinsiyyət) vəzilərinin funksiyasını stimullaşdırır. 
 
Əks göstərişlər:
 
  • kəskin infeksion xəstəliklər (tif, vəba və.s);
  • böyrəyin Addison xəstəliyi;
  • böyrəküstü vəzi xəstəlikləri;
  • fərdi dözülməzlik;
  • allergiya.
Axşam və gecə saatlarında arı südü qəbulu məsləhət görülmür.
 
 
İstifadə qaydası və dozası:
 
Saf arı südü proflatika və bədənin ümumi möhkəmləndirilməsi üçün bir doza 150-180 mq olmaqla gündə 2-3 dəfə, cəmi 500 mq məsləhət görülür. Südü tam sorulana qədər ağızda saxlamalı. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşmək lazımdır.
Balla 50:1 nisbətində qarışdırılmış südün sutkalıq profilaktik dozası 20-25 qr. Uşaqlar üçün bu dozanı 2-3 dəfə azaltmaq lazımdır.
Saxlanma şəraiti
Saf arı südü: -18 °C – 18 ay, 0°-2°C-də - 6 ay. Balla qarışdırılmış şəkildə : +20°C qədər temperaturda, qaranlıq yerdə, ağzı bağlı qabda – 12 ay.
 
Qablaşdırma:
  • Saf arı südü: 5, 10, 20, 50 qramlıq şprislərdə;
  • Balda 2%-li qarışığı: 300 və 500 qramlıq şüşə bankada.
Name  Name
 

Min bir dərdin dərmanı – propolis

Balverən arıların möcüzəli məhsullarından biri də propolisdir və ya arı yapışqanıdır. Propolis, ümumiyyətlə, zərərsiz maddədir, amma təsiri çox qəbul edən zaman ağız boşluğunu qıcıqlandıra, əhval-ruhiyyəni korlaya bilər, bəzən də diareyaya səbəb ola bilər. Buna görə də ona 3-4 gün ərzində tədriclə öyrəşmək və müalicə kursunu 8-14 günədək bitirmək üçün yaxşılaşdıqda və ya sağaldıqda onun istifadəsini azaltmaq lazımdır. Propolis baş, ağız boşluğu, boğaz, alın sinusları və digər nahiyələrdə olan bütün yoluxmalara təsir göstərir və əksər hallarda onun köməkliyi ilə sağalırlar. Məsələn, qısa müddət ərzində meningit, qulaq iltihabı propolisin köməkliyi ilə sağalır. Bu cür soyuqdəymələr zamanı 4-8 gün ərzində propolis (ümumi miqdarı 20 mq) çeynəmək məsləhət görülür.  Xroniki mədə xəstəliklərində (qastritlərdə, xoralarda), həmçinin, yoğun bağırsaq xəstəliklərində bir ay ərzində hər gün 8 qramadək propolis yemək xeyirlidir. Bu zaman propolisi uzun müddət çeynəmək lazımdır. Bunu ac qarına etmək yaxşı nəticə verir və əgər allergiya yaranarsa müalicəni dayandırmaq lazımdır.
 
Name  Name
 
 
Propolisin aşağıdakı xəstəliklər zamanı istifadə qaydası:
 
Angina: Xəstəliyin istənilən mərhələsində ən səmərəli təsir göstərən vasitədir. Yalnız yüksək keyfiyyətli propolis tez təsir göstərir. Bunun üçün boğazı hər gündə 3-5 dəfə 20%-li propolis məhlulu ilə qarqara etmək (bunun üçün 10-15 damcı məhlulu yarım stəkan suya damızdırıb istifadə edilir) və ya təmiz propolis yeməkdən sonra dırnaq böyüklükdə götürülüb ağızda asta-asta çeynəmək lazımdır. Gün ərzində 5 qrama qədər yemək, gecə isə orada yapışdırmaq lazımdır. Xatırladaq ki, propolis keyidici təsirə malik olduğu üçün dili bir qədər keyidir.
 
Orta qulağın xroniki iltihabı: Propolis 30-40%-li spirtli məhlulunun bitki yağı ilə, yaxşı olar ki, zeytun və ya qarğıdalı yağı ilə qarışdırmaq (1:4) istifadə etməzdən əvvəl çalxalanmalıdır.Qulağa bu emulsiya ilə isladılmış tənzif borucuğu qoyurlar. Yaşı 5-dən çox olan uşaqlara hər gecə 10-12 saatlığa (10-14 prosedura), yaşlılarda günaşırı 36-38 saatlığa (10-12 prosedura) qoyulur.
 
Kəskin və xroniki kolit: Propolisin 20%li spirtdə məhlulundan gündə 3 dəfə hər dəfədə 40 damcı südə qatıb içmək. Pəhrizə əməl etmək lazımdır. Müalicə kursu 20-30 gündür.
 

Mum və onun müalicəvi xüsusiyyətləri

Name

Arı mumu – tərkibində olan A vitamini dərinin hüceyrə və qoruyucu epitelinin normal inkişafına kömək edir. Əsasən, qırışları azaltmaq, dərinin normal elastikliyini bərpa etmək və saxlamaq üçün məsləhət görülür: 30 q mum, bal, soğan şirəsi və ağ zanbaq soğanağının şirəsi qarışdırılır, daha sonra qatışıq mum tam əriyənə kimi saxsı qabda zəif odda qızdırılır və qarışdıraraq soyudulur. Alınmış “krem” səhər və axşam nazik qatla üzə çəkilir.
 
Bronxial astma və haymoritin müalicəsində bal şanının çeynənilməsinin müsbət effekti qeyd olunub. O, dişləri ərp və daşlardan təmizləməyə, diş ətinin möhkəmlənməsinə, görmə qabiliyyətinin yaxşılaşmasına kömək edir. 
 
 
  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Öz İşini Yekunlaşdırdı

    3-4 fevral 2018-ci il tarixində Peşəkar Arıçılar Birliyinin Sədri Elxan Ələkbərovun təşkilatçılığı BMTİP-in, Şahdağ-E Arıçılıq firmasının, BP-nin "Sweet Gold" arıçılıq üzrə layihə təşkilatının tərəfdaş olduğu və Azərbaycan Arıçılar Assosiasiyası, Şah-Bal, Qinyətoğulları, Ballı, Balım, Safbal Arıçılıq təşkilatları və firmalarının sponsorluğu ilə dünyanın tanınmış arıçı-alim və peşəkar mütəxəssislərini bir araya gətirən "IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı" Bakıda öz işini uğurla başa çatdırmışdır. 

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018)

    IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı (3-4 fevral 2018) haqqında ətraflı məlumat əldə etmək üçün www.konfransari.com saytına daxil olun  

  • IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı

    Əziz arıçılar, “ŞAHDAĞ-E” MMC arıçılıq firması sizi 3-4 fevral 2018-cı il tarixində Badamdar qəsəbəsində yerləşən “Monolit Plaza” otelində keçiriləcək “IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı”na dəvət edir.